Modern.az

Rəsul Quliyev: “Çox qalmayıb yaşayıb görərik” - MÖVQE

Rəsul Quliyev: “Çox qalmayıb yaşayıb görərik” - MÖVQE

Təhsil

1 Noyabr 2012, 16:17

Milli Məclisin keçmiş sədri Rəsul Quliyev Bakı şəhər İcra Hakimiyyətinin  Demokratik Qüvvələrin Məşvərət Məclisinin 3 noyabr mitinqi ilə bağlı rəsmi cavabına etiraz edib. Modern.az-a açıqlamasında eks-spiker meriyanın mitinq üçün ayırdığı yerdən imtina edərək bundan sonra qətiyyətli addımlar atacaqlarını bildirib.

“Mitinqə şəhərin mərkəzində yerləşən meydanların birində icazə veriləcəyinə əvvəlcədən inam yox idi. İndiki üsul-idarə yaxşı bilir ki, kifayət qədər camaat bir dəfə bir yerə toplaşa bilsə çox tezliklə yaratdıqları sistem üçün problem yaradacaqlar. 
Hətta özləri mitinq keçirməkdən qorxurlar. Bu icazəni verməməklə bizi daha qətiyyətli addımlar atmağa məcbur edirlər. Piketlərin keçrilməsi,yenidən mitinqlər üçün müraciət edilməsi, məhkəmələrə və beynəlxalq təşkilatlarla müraciətlər getdikcə kütləvi xarakter alacaq. Gərək elə şərait yaradaq ki, onların ayaqlarının altında daima torpaq titirəsin. Çox qalmayıb yaşayıb görərik”, -deyə R.Quliyev xəbərdarlıq edib.

Anar RÜSTƏMOV
Whatsapp
Bizə yazın!
Keçid et
3 ölkə Rusiyaya qarşı birləşdi