Modern.az

Etibar Məmmədovla Lalə Şövkətin mitinqi təxirə salındı

Etibar Məmmədovla Lalə Şövkətin mitinqi təxirə salındı

Təhsil

1 Noyabr 2012, 16:17

Demokratik Qüvvələrin Məşvərət Məclisinin noyabrın 3-nə təyin etdiyi mitiqn təxirə salınıb. Bu barədə DQMM-dan Modern.az-a verilən məlumata görə, mitinq təxirə salınaraq noyabrın 7-ə piketlə əvəzlənib.

14 siyasi partiyanın üzv olduğu təşkilatın bu gün keçirilən iclasında qərara alınıb ki, 7 noyabr piketi Bakı şəhər İcra Hakimiyyətinin qarşısında keçirilsin. Bundan əlavə DQMM noyabrın 10-da mitinq keçirməklə bağlı qərar qəbul edib.

Qeyd edək ki, Məşvərət Məclisi noyabrın 3-də paytaxtın mərkəzində mitinq keçirməklə bağlı Bakı şəhər İcra Hakimiyyətinə müraciət etsə də meriya onlara həmişəki kimi “20-ci sahə”ni təklif edib. BŞİH-in qərarına etiraz edən Məşvərət Məclisi meriyanı məhkəməyə verəcək.

Anar RÜSTƏMOV

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
3 ölkə Rusiyaya qarşı birləşdi