“Kapital Bank”ın əmanətlərin qaytarılması ilə bağlı işdə yol verdikləri nöqsanlara görə 3 nəfəri işçisi və iki baş mühasib, eyni zamanda 5 nəfər başqa vəzifəli şəxs işdən azad olunub, 7 nəfərə töhmət verilib, 18 nəfərə isə son xəbərdarlıq edilib”.
Bu barədə jurnalistlərə əmanətçilərə bir dəfəlik ödəmələrin verilməsi ilə bağlı “Kapital Bank”ın mətbuat konfransında Kapital Bank Açıq Səhmdar Cəmiyyəti İdarə Heyətinin sədr müavini, bankın Əmanətçilərə Birdəfəlik Ödəmələrin Verilməsi Mərkəzinin direktoru Araz Əliyev açıqlama verib.
Mərkəz direktoru eyni zamanda onu da qeyd edib ki, sentyabr ayında müraciət edən əmanətçilərin sayı 2778 min olubsa, oktyabr ayında bu rəqəm 190 min olub. Sentyabr ayında əmanətçilərə ödənilmənin miqdarı 90 milyon manat, oktyabr isə bir qədər azalaraq 68 milyon manat olub.
“Bu günə kimi baxılan sənədlərin sayı 1 milyon 760 min, baxılmayan sənədlərin sayı isə 24 min 252-dir. İmtina olunmuş, yəni qaydasında olmayan sənədlər isə 36 min 268 ədəd olub. Oktyabr ayında keçən ayla müqayisədə müraciət edənlərin sayı azalıb. Ərizələrin verilməsi göstərir ki, təyin olunan vaxta kimi proses başa çata bilər“.
Araz Əliyev bildirib ki, proses zamanında başa çatmasa sənədləri daxil olmuş vətəndaşların əmanətləri növbəti ildə veriləcək.
“Vərəsəlik kontoruna bu il 50 mindən çox vərəsəlik verilib. Bu qədər müraciət edənlər vərəsəlik alıblar. Bütün əmanətçilər bilməlidir ki, onların müraciətlərinə cavab veriləcəkdir. Proses başlanandan 4322 nəfər vətəndaşın ərizəsi daxil, 2989- na cavab verilib. 338 müraciət qalır ki, bunlara da müvafiq orqanlarda baxılıb sonra cavab veriləcək”, – deyə sədr müavini bildirib .
Gültəkin Ələsgər