ABŞ-ın Azərbaycandakı səfiri Riçard Morninqstar Ermənistanın Azərbaycanın işğal altında olan Xankəndi şəhərində yerləşən hava limanını istismara vermək haqqında qərarına münasibət bildirib. Modern.az-ın məlumatına görə, səfir jurnalistlərə açıqlamasında bu qərarın nəticələrinin xoşagəlməz olacağını vurğulayıb.
“Mən bir şeyi əminliklə deyə bilərəm ki, əgər həmin hava limanı fəaliyyət göstərsə bu, sülh prosesinə kömək etməyəcək. Bu məsələdə ABŞ-ın mövqeyi ondan ibarətdir ki, hər iki tərəf bu məsələni beynəlxalq hüquq normalari çərçivəsində həll etməlidir. Yenə təkrarlayıram ki, həm Minsk qrupunun, həm diqərlərin bəyanatlarında deyildiyi kimi hava limanından hər hansı bir uçuş sülh prosesinə mənfi təsir edəcək”, - deyə Morninqstar xəbərdarlıq edib.
Modern.az