Modern.az

Builki ən yaşlı və ən gənc tələbələr məlum oldu

Builki ən yaşlı və ən gənc tələbələr məlum oldu

7 Sentyabr 2021, 13:24

Ali məktəblərə bu il keçirilən qəbul imtahanlarında uğur qazanan ən yaşlı və ən gənc tələbələr məlum olub.

 

Dövlət İmtahan Mərkəzindən Modern.az-ın sorğusuna cavab olaraq bildirilib ki, tələbə adını qazanan ən yaşlı abituriyentin 52 yaşı var.

 

Belə ki, V qrup üzrə keçirilmiş qəbul imtahanlarında iştirak edən 1969-cu il təvəllüdlü Səttarov Mehman Süleyman oğlu Azərbaycan Dövlət Pedaqoji Universitetinə qəbul olunub. 52 yaşlı tələbə universitetin Fiziki tərbiyə və çağırışaqədərki hazırlıq müəllimliyi ixtisası üzrə əyani təhsil alacaq.

 

DİM-dən bildirilib ki, bu il tələbə adını qazanan ən gənc abituriyent 2006-cı il təvəllüdlüdür. 15 yaşlı Səfərli Həmid Xaqani oğlu IV qrup üzrə keçirilən qəbul imtahanlarında yüksək nəticə göstərərək, Azərbaycan Tibb Universitetinə qəbul olunub. O, dövlət sifarişi əsasında, əyani təhsil alacaq.

Sizə yeni x var
Keçid et
Deputatlar Rusiyaya getməyəcək - Zelenskinin bunkeri vuruldu