Modern.az

Şagirdlər üçün maska taxmaq məcburidir? - RƏSMİ

Şagirdlər üçün maska taxmaq məcburidir? - RƏSMİ

Təhsil

7 Sentyabr 2021, 15:16

Orta məktəb şagirdlərinin məktəb daxilində maska taxmaları məcburi deyil.


Modern.az xəbər verir ki, bu barədə Təhsil Nazirliyinin bu gün keçirilən brifinqində nazirin müşaviri Rüstəm Ağayev məlumat verib.

 

O qeyd edib ki, maska taxmaqla bağlı qərar valideynlərin istəyindən asılıdır:

 

“Biz ötən il də valideynlərə imkan yaratmışdıq ki, onların istəyinə uyğun olaraq şagirdlər məktəbdə maska taxa və ya taxmaya bilərlər. Bu il də qaydalar eyni olacaq”.

Sizə yeni x var
Keçid et
TƏCİLİ! Türkiyə Ermənistanla sərhədi aça bilər - Kritik açıqlama