Modern.az

Hüquqşünas-deputat: “İlqar Məmmədovun həkimə ehtiyacı var”

Hüquqşünas-deputat: “İlqar Məmmədovun həkimə ehtiyacı var”

6 Noyabr 2012, 12:00

“Milli Məclisin üzvləri haqqında təhqiramiz ifadələrin işlənilməsi, tərbiyəsiz ifadələrlə onları təhqir etmək və bu sayaq sözlərin mətbuatda yayılması təbii ki, hüquqi məsuliyyət yaradır.

Bunu Modern.az-a hüquq müdafiəçisi, deputat Çingiz Qənizadə deyib.
İlqar Məmmədov küçə uşağı səviyyəsində deyilmiş sözləri mətbuat vasitəsilə Milli Məclisə ünvanlayıb. Həm də deyir ki, “parlamenti təhqir edirəm, əcəb edirəm”. Halbuki, qanunvericilik parlament üzvlərinin təhqir olunmasına yol vermir. Bunun hüquqi məsuliyyəti var”.

İ. Məmmədovun Milli Məclisi “zoopark” adlandırması məsələsini şərh edən deputat deyib ki,belə adamlara qarşı təbii ki, məhkəmə iddiaları qaldırmaq lazımdır:
“Deyəsən, İlqar Məmmədov başqa ölkələrdən siyasi sığınacaq almaq həvəsinə düşüb və ona görə də bu cür tərbiyəsizlik nümayiş etdirib. Dünən eşitdim ki, bir qrup həmkarlarım bununla bağlı məhkəməyə müraciət edib. Mən də onları dəstəkləyirəm. Bu müraciətdən əvvəl bildirmişdim ki, ona öz dili ilə cavab vermək düzgün olmaz. Biz onun səviyyəsinə enə bilmərik. O ifadələrinə görə, bu adam mütləq hüquqi müstəvidə cəzalandırılmalıdır”.

Deputatın sözlərinə görə, fikir və söz azadlığı o demək deyil ki, insan başqalarını təhqir etsin: “Söz azadlığı o demək deyil ki, kim nə istəyir danışsın. Görünür, onun həkimə ehtiyacı var“.

Nihadə Eyyubova

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Azərbaycana raket hücumu - Rusiyadan ŞOK ADDIM