Demokratik Qüvvələrin Məşvərət Məclisinin noyabrın 7-nə təyin etdiyi piket təxirə salınıb. Modern.az-ın məlumatına görə, DQMM-nin bu gün keçirilən toplantısında Bakı şəhər İcra Hakimiyyətinin piketlə bağlı cavabı müzakirə edilərək piketin vaxtını dəyişdirilməsinə qərar verilib. Toplantıda həmçinin növbəti piketin 15 noyabr tarixində keçirilməsi üçün yenidən Bakı şəhər İcra Hakimiyyətinə müraciət edilib.
Toplantıda həmçinin “Sərbəst toplaşmaq azadlığı haqqında” Qanuna, Cinayət Məcəlləsinə və İnzibati Xətalar Məcəlləsinə dəyişikliklərin eidlməsi məsələsi müzakirə olunub və bu mövzu ilə bağlı dəyirmi masanın keçirilməsi qərara alınıb, Gülər Əhmədova və Elşad Abdullayevin məlum video qalmaqalı ilə bağlı bəyanat qəbul edilib.
DQMM bəyanatda məlum videoqalmaqalın operativ araşdırılmasını tələb edərək hüquq mühafizə orqanlarından araşdırmanın gedişi ilə bağlı ictimaiyyəti məlumatlandırmağı tələb edib.
Anar RÜSTƏMOV