Türkiyədə prezident idarəçilik sisteminə keçidlə bağlı məsələ yenidən gündəmə gəlib. Modern.az-ın türk mətbuatına istinadən verdiyi məlumata görə, baş nazirinin müavini Bəkir Bozdağ ölkədə prezident sisteminə keçidlər əlaqədar hazırlana təkliflər paketinin Türkiyə Böyük Millət Məclisinin sədrinə təqdim edildiyini söyləyib. B.Bozdağın sözlərinə görə, prezidentlik sistemi ilə əlaqədar təklif TBMM-də baxıldıqdan sonra Konstitusiya komissiyasına göndəriləcək.
Qeyd edək ki, artıq Türkiyədə prezident seçkiləri 2014-cü ilin avqust ayına təyin edilib.
Anar