Azərbaycanlı zəvvarlar Vətənə qayıtmağa başlayıblar. Bu barədə Modern.az-a açıqlamasında Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) xarici əlaqələr şöbəsinin rəhbəri Müqəddəs Payızov bildirib. Onun sözlərinə görə, artıq bir neçə təyyarə reysi hava limanında yerə enən hacılar qarşılanıb. “Hacılarımızı gətirən axırıncı təyyarə reysi noyabrın 12-də gələcək”.
QMİ rəsmisi “səhhətində ciddi problemi olan zəvvarlarımız yoxdur” deyib: “Bu il həccə gedən zəvvarlarımızdan iki nəfər öldü. Digər zəvvarlarımızın səhhətində ciddi problem yoxdur”.
Qeyd edək ki, bu il Həcc ziyarətinə avtobusla gediş ləğv olunub. Zəvvarlar müqəddəs ziyarətgaha yalnız təyyarə ilə gediblər. Təyyarə ilə gedişdə zəvvarlara iki qiymətdə xidmət edirdi: 3090 manat və 3850 manat. 3090 manat ödəyənlər 6 nəfərlik, 3850 manat ödəyənlər isə 4 nəfərlik mehmanxana otaqlarında qalıblar.
Mail Ağaxanov