Modern.az

Milli Arxiv Fondunun şöbə müdiri ABŞ səfirinin yalanını üzə çıxardı: “Başımıza at təpməyib!”

Milli Arxiv Fondunun  şöbə müdiri ABŞ səfirinin yalanını üzə çıxardı:  “Başımıza at təpməyib!”

Təhsil

7 Noyabr 2012, 11:53

ABŞ-ın ölkəmizdəki səfiri Riçard Morninqstar Azərbaycan və Ermənistanın hər iki ölkədəki tarixi arxivlərin qorunması üçün göstərdikləri səyləri dəstəklədiyini bildirib. O bildirib ki, bu həftə Ermənistan və Azərbaycan arxiv mütəxəssislərinin müştərək proqram çərçivəsində maddi mədəniyyət nümunələrinin qorunması barədə biliklərini artırmaq üçün Birləşmiş Ştatlarda olacaqlar. “Bu cür səylər təqdirəlayiqdir və biz bu cür səyləri gələcəkdə də dəstəkləmək üçün əlimizdən gələni edəcəyik”, – deyə R. Morninqstar qeyd edib.

  Arxivçilərin ermənilərlə birgə hansı arxiv materiallarını araşdıracağına dair Modern.az-ın sualına cavab verərkən Milli Arxiv Fondunun təşkilat-metodika və beynəlxalq əlaqələr şöbəsinin müdiri Kamal Ağayev məsələni ilk dəfə eşitdiyini bildirib. K.Ağayev bu məlumatın yalan olduğunu qeyd edib. “Bu yalan məlumatdır. Bizim başımıza at təpib ki, ermənilərlə birgə nəsə araşdıraq? Belə bir şey ola bilməz. Araşdırmaçılarımız heç bir yerə getməyəcəklər”, – deyə Kamal Ağayev əlavə edib.  

Sevinc İltifatqızı
 
Telegram
Hadisələri anında izləyin!
Keçid et
3 ölkə Rusiyaya qarşı birləşdi