Modern.az

İsrailin eks-xarici işlər naziri: “Ərəb siyasətçiləri ilə sekslə məşğul olmuşam” - FOTO

İsrailin eks-xarici işlər naziri: “Ərəb siyasətçiləri ilə sekslə məşğul olmuşam” - FOTO

Təhsil

7 Noyabr 2012, 14:11

İsrailin keçmiş xarici işlər naziri Sipi Livni “Mossad”da işlədiyi dövrdə bir sıra yüksək rütbəli ərəb məmurları ilə cinsi əlaqədə olduğunu etiraf edib. Modern.az bildirir ki, İngiltərənin “Tayms” qəzetinə müsahibəsində Livni deyib ki, “kəşfiyyatda işlədiyi zaman seks onun işinin bir hissəsi olub”.

Livni qeyd edib ki, siyasi dividentlər əldə etmək üçün siyasi post tutan bir neçə yüksək rütbəli ərəb məmurları ilə cinsi əlaqədə olub. Livni vurğulayıb ki, seksin köməyi ilə İsrail dövlətinin xeyri naminə informasiya toplamaqda pis bir şey görmür.
Qeyd edək ki, İsrailin baş ravvini Ari Şafta mühüm informasiya xətrinə yəhudilərə düşmənlə bir yatağa girməyə icazə verib.
Sipi Livni Livana hərbi müdaxilə zamanı öz qəddarlığı ilə yadda qalıb.    
Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
3 ölkə Rusiyaya qarşı birləşdi