“Bir çox hallarda jurnalistlərə qarşı təqiblər istisna olunmur. Mən demirəm ki Azərbaycanda vəziyyət o qədər yaxşıdır. Azərbaycanla yanaşı, bir çox ölkədə də jurnalistlər təqib olunur, zorakılığa məruz qalırlar”. Modern.az-ın məlumatına görə, bu sözləri ATƏT-in media azadlığı üzrə nümayəndəsi Dunya Miyatoviç Azərbaycana səfərin yekunlarına dair keçirilən mətbuat konfransında deyib.
Konfrans zamanı N. Muyjnieks deyib ki, gələn ilin ikinci yarısında təkrar Azərbaycana gələcək. Səfər çərçivəsində ölkə üzrə nəzərdən keçirmə missiyası həyata keçirəcək. O, budəfəki səfər çərçivəsində Azərbaycanda vətəndaş cəmiyyəti üzvləri, bloggerlərlə, həmçinin Bakı İstintaq Təcridxanasında saxlanan jurnalistlərlə görüşdüklərini bildirib.
D. Miyatoviç bildirib ki, Bakı İstintaq Təcridxanasında saxlanan jurnalistlər oradakı vəziyyətdən şikayət etməyiblər. Bununla belə, N. Muyjnieks onların tezliklə azadlığa çıxması vacib olduğunu bildirib. O əlavə edib ki, ATƏT olaraq hökumət orqanları ilə qanunvericiliyin təkmilləşdirilməsi sahəsində işləməyə hazırdırlar.
Mətbuat konfransında çıxış edən Avropa Komissiyasının rəqəmsal məsələlər üzrə vitse-prezidenti, xanım Neelie Kroes isə Azərbaycanda prezident İlham Əliyevlə və digər rəsmi şəxslərlə görüşlərdə müzakirə olunan məsələlərdən danışıb.
Avropa Komissiyasının üzvü Nils Muyjnieks çıxış edərək bildirib ki, Azərbaycan da daxil olmaqla onların 47 üzv ölkəsi var. “Azərbaycanda online sistemi, xüsusən medianın azadlığı ilə bağlı işlər müsbət nəticə verməyib”. Komissiya üzvü qeyd edib ki, onun Azərbaycana ilk səfəridir və buraya tez-tez gəlmək istəyir. “Mən ölkə üzrə bu prosesləri nəzərdən keçirəcəm”.
Daha sonra ATƏT-in Media azadlığı üzrə nümayəndəsi Dunya Miyatoviç Kürdəxanıda həbsdə olan jurnalistlərlə bağlı görüşündən danışıb.
“Mən demirəm ki Azərbaycanda vəziyyət o qədər yaxşıdır. Azərbaycanla yanaşı, bir çox ölkədə də jurnalistlər təqib olunur, zorakılığa məruz qalırlar. Mən ölkələri müqayisə etmək istəməzdim. Bu, mənim işim deyil. Biz jurnalistlərin ölümü ilə bağlı məsələni rəhbərlik qarşısında qaldırmışıq. İlk reaksiya verən də bizim təşkilat olub. Azərbaycanda jurnalistlərin və bloggerlərin təhlükəsizliyi hər zaman diqqətimizdə olub. Abbas Zeynalov, Hilal Məmmədov, Fərəməz Novruzoğlu və başqa bir jurnalistlə görüşdük onlarla söhbət etdik. Onlar mümkün qədər tez azadlığa buraxılmalıdır. Bundan başqa hər bir ölkədə rəsmilərlə görüşülər keçirilir. Qanunvericilkdə yeni qaydaların qəbul olunması ilə bağlı danışıqlar aparılıb. Jurnalistlərə qarşı təzyiqlər azaldılmalıdır. Azərbaycan isə üzvlüyə daxil olan 56-cı ölkədir. Burada da problemlər var və ölkədə insanlar var ki, fikir ifadələrinə görə təzyiqlərə məruz qalıblar. Bu demokrtaiyaya keçidi olan ölkələrin hər birində digər 55 ölkədə daxil olmaqla baş verir. “Azadlıq” qəzeti ilə bağlı məsələni mən bir dəfə qaldırmışdım. Məsələ həll olunmuşdu. Sonra yenidən problemlər yarandı. Mən bu məsələni rəhbərlik qarşısında yenidən qoydum”.
Anar Kəlbiyev