Modern.az

AGBank-dan yenilik

AGBank-dan yenilik

Təhsil

7 Noyabr 2012, 15:06

Korporativ xidmətlər sahəsində çalışan AGBank, özü üçün pərakəndə satışlar üzrə yeni istiqaməti fəth etməyə hazırlaşır. 12 oktyabr 2012-ci il tarixində əsas fəaliyyəti pərakəndə müştəri - fiziki şəxslərə xidmətlər göstərməkdən ibarət olan filialın təntənəli açılış mərasimi keçirilib.

Sözügedən filialda müştərilərə həm kredit həm də qeyri-kredit bank xidmətləri təklif olunur, həmçinin təcili pul köçürmələri, hesabların açılması və xidmət olunması. Müştərilər tərəfindən kredit məhsullarına ehtiyac olduğu halda, istehsal kreditlərini sadələşdirilmiş şərtlərlə 30 dəqiqə ərzində ala bilərlər. Filialın açılışı münasibəti ilə, "ENDİRİMLİ GÜNLƏR" aksiyasına start verilib. Aksiya zamanı istehlak kreditlərini güzəştli şərtlərlə almaq imkanı yaranacaq. Kampaniya bu ilin noyabr ayının sonuna kimi davam edəcək.
“Qarşıdakı planlar sırasında - filiallar şəbəkəsini genişləndirmək, potensial partnerlarla işgüzar əlaqələr yaratmaq, müştərilərin sayını artırmaq, müştərilərin arzusu ilə bizim məhsulları tam uyğunlaşdırmaq. Bir sözlə, bankın yeni pərakəndə istiqamətinin inkişafı üçün hər cür səy göstərmək niyyətindəyik. Biz həmçinin pərakəndə istiqamətimizi təmsil edəcək "AGBank Ekspress" adlı yeni ticarət nişanı kəşf etmişik - İdarə Heyəti sədrinin müavini Farid Quliyev bildirib.

"AGBank Ekspress"-in 1 saylı filialı Q.Qarayev və R.Rüstəmov F59 küçələrinin kəsişməsində yerləşir (Neftçilər metrosunun çıxışında) və müştərilərə saat 9.00-dan 19.00-dək xidmət göstərəcək. Filialın yerləşməsi və müştərilərə təqdim olunan məhsullar haqında müştərilər 135 nömrəsinə zəng edərək məlumat ala bilərlər. Bütün yeniliklər bank;n facebook səhifəsində yerləşir: facebook.com/AGBankekspress. 

Modern.az  
Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
3 ölkə Rusiyaya qarşı birləşdi