Modern.az

Avropa Parlamentində Ramil Səfərov məsələsi müzakirə olunub

Avropa Parlamentində Ramil Səfərov məsələsi müzakirə olunub

Təhsil

7 Noyabr 2012, 15:18

Modern.az xıbır verir ki, Milli Məclisin deputatı,  Avronest  Parlament Assambleyası sosial komitəsinin sədr müavini Azay Quliyev noyabrın 5- dən etibarən Avropa Parlamentində  ikitərəfli görüşlər keçirir.

A.Quliyev noyabrın 6-da  Parlament Assambleyasının müxtəlif  siyasi qruplarından olan deputatlar və müxtəlif  siyasi qrupların Şərq Tərəfdaşlığı üzrə katibliklərinin rəhbərləri ilə görüşlər keçirib.  Görüşlər zamanı Azərbaycanın AP ilə əlaqələrinin mövcud vəziyyəti və  gələcək perspektivləri, ölkəmizin Avropa İttifaqına  inteqrasiya istiqamətində həyata keçirdiyi işlər,  reallaşdırılan iqtisadi, siyasi və hüquqi islahatlar,  Avronest  PA çərçivəsində  əməkdaşlıq,  Avropa Parlamentində Ramil Səfərov haqqında qəbul edilmiş qətnamə, Dağlıq Qarabağ problemi və digər vacib məsələlər ətrafında müzakirələr aparılıb. 

Avropa Parlamentində A.Quliyevin görüsləri bu gün də davam edir.

Modern.az

 
Sizə yeni x var
Keçid et
3 ölkə Rusiyaya qarşı birləşdi