Modern.az

Hansı müəllimlərə məhdudiyyət tətbiq olunacaq? - AÇIQLAMA

Hansı müəllimlərə məhdudiyyət tətbiq olunacaq? - AÇIQLAMA

Təhsil

16 Sentyabr 2021, 18:53

Müəllimlərə məhdudiyyətin qoyulması heç bir bəhanəsi olmadan vaksinasiyadan imtina edənlərlə bağlı olacaq.

 

Modern.az xəbər verir ki, bu barədə Bakı Şəhəri üzrə Təhsil İdarəsinin rəhbəri Mehriban Vəliyeva məlumat verib.

 

O bildirib ki, əgər kiminsə, əks-göstəriş sertifikatı varsa, o, tədrisdə sərbəst iştirak edə biləcək:

 

"Lakin səhhətində problem varsa, onların sağlamlıqları üçün özlərinin razılığı ilə müəyyən məhdudiyyətlər olacaq. Hər üç sertifikatın sahibləri əyani tədrisdə iştirak edə bilərlər".

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
TƏCİLİ! Türkiyə Ermənistanla sərhədi aça bilər - Kritik açıqlama