Dünən Qazax rayonunun Alpout kənd sakini Telman Cavanşir oğlu Əliyev təsadüfən azaraq cəbhə xəttinin Ermənistan tərəfinə keçib. Burada o, erməni əsgərləri tərəfindən saxlanılıb. Modern.az-a Qazax rayonu icra başçısının müavini Gülayə Həsənovanın verdiyi məlumata görə, T.Əliyev fiziki qüsurludur. O həm eşidə, həm də danışa bilmir.
İcra hakiminin müavini bildirib ki, gorov düşən şəxs mal-qara otararkən dumana düşüb və yolu azıb. Bu zaman isə Ermənistanın Noyanberyan kəndində ermənilər tərəfindən saxlanılıb.
Qeyd edək ki, 1971-ci il təvəllüdli Telman Əliyev noyabrın 12-də 07:45 radələrində təmas xəttini keçib.
Azərbaycanın Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası Qazax rayon sakini Telman Əliyevinin girovluqdan azad olunması üçün müvafiq işlərə başlayıb.
Sevinc İltifatqızı