Modern.az

Deputat Elmlər Akademiyasının bəzi institutlarının ləğvini təklif edib

Deputat Elmlər Akademiyasının bəzi institutlarının ləğvini təklif edib

13 Noyabr 2012, 18:05

Milli Məclisin bugünkü iclasında çıxış edən millət vəkili Siyavuş Novruzov büdcədən elm sahəsinə ayrılan xərclərlə bağlı səslənən tənqidlərlə razılaşmadığını bildirib. Modern.az-ın məıumatına görə, deputat elm sahəsinə büdcədən vəsaitin ayrılmasını dəstəklədiyini bildirib. O, qeyd edib ki, məsələ ondadır ki, dövlətdən ayrılan pulun hansı elmə yönəlməsi sual doğurur?

S.Novruzov daha çox tətbiqi elm sahəsinə vəsaitin ayrılmasını dəstəklədiyini deyib. Millət vəkili həmçinin bildirib ki, Milli Elmlər Akademiyasında işləyən bəzi elmi işçilər, lobarantlar 30 ilə yaxındır, eyni yerdə oturublar, heç yerə də tərpənmirlər.

“Halbuki, xarici ölkələrdə iki il ərzində elmi araşdırmalar aparmayan adamları bu sistemdə saxlamırlar”.

S.Novruzov həmçinin qeyd edib ki, AMEA-nın tərkibində olan bir çox institutları nazirliklərlə birləşdirmək lazımdır.

Modern.az  
Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
3 ölkə Rusiyaya qarşı birləşdi