Modern.az

Prezident siyasi partiyalarla bağlı fərman imzalayıb

Prezident siyasi partiyalarla bağlı fərman imzalayıb

Təhsil

14 Noyabr 2012, 10:05

Prezident İlham Əliyev “Siyasi partiyalar haqqında” Qanununda dəyişikliklər edilməsi barədə” 2012-ci il 20 aprel tarixli qanununun icrasını təmin etmək məqsədi ilə fərman imzalayıb. Bu fərmanla hüquq mühafizə orqanlarında siyasi partiyaların strukturlarını yaratmaq qadağasını götürüb. Fərmanda deyilir:
“Azərbaycan Respublikasının hüquq mühafizə orqanlarında siyasi partiyaların və siyasi məqsədlər güdən kütləvi ictimai hərəkatların təşkilat strukturlarının fəaliyyətinə xitam verilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 1991-ci il 24 avqust tarixli 320 nömrəli Fərmanı (Azərbaycan Respublikası Ali Sovetinin Məlumatı, 1991, № 15-16, maddə 291) ləğv edilsin”.

Modern.az  
Whatsapp
Bizə yazın!
Keçid et
3 ölkə Rusiyaya qarşı birləşdi