Modern.az

Deputat Aytən Mustafayeva: “Azərbaycanda dini məktəblər yaradılmalıdır”

Deputat Aytən Mustafayeva: “Azərbaycanda dini məktəblər yaradılmalıdır”

Təhsil

14 Noyabr 2012, 12:16

“Şəxsən mən Aytən Mustafayeva hesab edirəm ki, orta məktəblərdə uşaqların hicab geyinilməsini valideynlər vacib hesab edirsə, o uşaqlar dini məktəblərə getməlidir. Amma adi məktəblərə hicabın bağlanmasına normal baxmıram”. Bunu AMEA-nın İnsan Hüquqları üzrə Elmi-Tədqiqat İnstitutunun direktoru, deputat Aytən Mustafayeva bildirib.

Modern.az xəbər verir ki, millət vəkili hicabı insanların şəxsi işi adlandırıb. Onun sözlərinə görə, Azərbaycanda dini məktəblər yaradılmalıdır. “Dini məktəblər yaradılana qədər valideynlər bu istiqamətdə öz uşaqlarını tərbiyə etməlidirlər. Yəni biz dini məktəbləri sivil məktəblərdən ayırmalıyıq”.

İnsan Hüquqları üzrə Elmi-Tədqiqat İnstitutunun direktoru Avropa Şurası Venesiya Komissiyasının Azərbaycanın “Dini etiqad azadlığı haqqında” Qanununa verdiyi rəyi şərh edib. O bildirib ki, Venesiya Komissiyanın tövsiyələri parlamentdə müzakirə olunacaq. “Azərbaycanda bu istiqamətdə çox mütərəqqi addımlar atılır və çox mütərəqqi qanunvericiliyimiz var. Amma bir daha təkrar edirəm ki, bəzi məqamlarda biz bəzi məsələlərə kəskin hədlər qoymalıyıq. Hər hüququn öz həddi var. Konfransa zaman şeyx həzrətləri də qeyd etdi ki, hər şeyin öz həddi var. Bu həddi radikallığa çevirməməliyik”, – deyə A. Mustafayeva əlavə edib.

Mail Ağaxanov

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
3 ölkə Rusiyaya qarşı birləşdi