Modern.az

Millimiz Şimali İrlandiyadan 7 il əvvəlin “acığını” çıxa biləcəkmi?

Millimiz Şimali İrlandiyadan 7 il əvvəlin “acığını” çıxa biləcəkmi?

Təhsil

14 Noyabr 2012, 13:35

Bu gün "DÇ-2014"ün seçmə mərhələsi çərçivəsində milli komandamız növbəti matçına çıxacaq.

Modern.az-ın məlumatına görə, əsas yığmamız səfərdə Şimali İrlandiyanın qonağı olacaq. Oyun vaxtı stadionun tam dolacağı güman olunur. Komandamızın oyununu isə 300-dən çox azərbaycanlı tamaşaçının izləyəcəyi gözlənilir. Belə ki, bunlar əsasən Britaniyada təhsil alan gənclər olacaq.
Şimali İrlandiya-Azərbaycan matçı Bakı vaxtilə 23:45-də paytaxt Belfastın “Vindzor Park” stadionunda keçiriləcək. Oyunun baş hakimi ukraynalı Viktor Şvetsov olacaq.  

Qeyd edək ki, bu oyuna kimi millimiz 2 dəfə öz rəqibi ilə qarşılaşıb. Şimali İrlandiya ilə ilk dəfə 2004-cü ildə DÇ seçmə mərhələsi çərçivəsində Bakıda qarşılaşmışıq. Maraqlı keçən oyunda hesab açılmayıb-0:0. Bir il sonra isə paytaxt Belfastda cavab görüşü keçirilib. Həmin oyunda millimizin qapısına 2 top vuran Şimali İrlandiya yığması, oyunu qalib kimi başa vurub.  

Anar Kəlbiyev 
 
Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
3 ölkə Rusiyaya qarşı birləşdi