Modern.az

Baxıcı Zirəddin Rzayev ona müraciət edən məşhur müğənnilərin adlarını açıqlayıb

Baxıcı Zirəddin Rzayev ona müraciət edən məşhur müğənnilərin adlarını açıqlayıb

Təhsil

14 Noyabr 2012, 15:59

Ekstrasens Zirəddin Rzayev ilk dəfə şou ulduzlarla bağlı maraqlı etiraflar edib. ANS PRESS-in məlumatına görə, öncəgörücü ona müraciət edən ulduzların bəzilərinin adlarını açıqlayıb. "Elə bir insan olmaz ki, Zirəddin Rzayevlə dostluq etsin və mənim potensialımdan istifadə etməsin", - deyən ekstrasens dostluq etdiyi müğənnilərin adlarını açıqlayıb.

Bunlar arasında xalq artistləri İlhamə Quliyeva, Aygün Kazımova, Məleykə Əsədova, müğənnilər Nadir Qafarzadə, İlhamə Qasımova, Safura, Namiq Qaraçuxurlu və başqalarının adlarını çəkib.

Bütün bunlar rejissor Nail Naiboğlunun rəhbəri olduğu və Zemfira Adıgözəlovanın aparıcılıq etdiyi Lider TV-nin "Klip Parad" verilişində baş verib. Çəkiliş Moskvada aparılıb.

Modern.az

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
3 ölkə Rusiyaya qarşı birləşdi