“Xəzər-Lənkəran” klubuna yeni baş məşqçi təyin olunub. Klubun rəsmu saytında verilən məlumata görə, yeni baş məşqçisi 39 yaşlı ispan mütəxəssis Karles Martorell Bakesdir.
Məşqçi Barcelona Futbol klubunda məşqçilik metodologiyası üzrə master dərəcəsi və FIFA PRO A məşqçi lisenziyasına (İspaniya Futbol Liqasinda məşqçi işləmək üçün ən yüksək dərəcə) malikdir.
Eyni zamanda, Bakes professional karyerasında Barcelona futbol klubu nəzdində məşqçi-direktor kimi fəaliyyət göstərib.
Modern.az