Modern.az

“Azərbaycana gələn əcnəbilər vəbaya qarşı yoxlanılmırlar” - Taun Əleyhinə Stansiya

“Azərbaycana gələn əcnəbilər vəbaya qarşı yoxlanılmırlar” - Taun Əleyhinə Stansiya

Təhsil

16 Noyabr 2012, 10:58

“Ölkəyə gələn əcnəbilər vəbaya qarşı yoxlanılmırlar”. Bunu Modern.az-a Taun Əleyhinə Stansiyanın müdir müavini Şair Qurbanov deyib. O bildirib ki, infeksion xəstəliklər içərisində vəba dünyada yayılma miqyasına görə daha təhlükəli olsa da, Azərbaycanda bu xəstəliyə yoluxma riski yoxdur. Onun sözlərinə görə, hər il dünyada 60-dan çox ölkədə vəbaya yoluxma faktları aşkarlanır. Azərbaycanda isə vəba sonuncu dəfə 1998-ci ildə qeydə alınıb.

Ş.Qurbanov onu da deyib ki, hazırda ölkəmizdə vəba və digər infeksion xəstəliklərə qarşı risk olmasa da, ehtiyatı əldən vermək olmaz:

“Ümumiyyətlə, biz vəbanın yayılmaması üçün hər il 1 may – 1 noyabr aralığında profilaktiki tədbirlər aparırıq. Tədbirlərə çərçivəsində Azərbaycanın 112 içməli su mənbəyindən nümunələr götürülür və laboratoriyalarda yoxlanılır. Düzdür, müxtəlif illərdə vəbaya qrup şəklində yoluxma halları olub. Məsələn, 1970, 1977, 1981, 1985, 1988, 1989, 1993, 1994, 1995 və sonuncu dəfə isə 1998-ci ildə qrup halında xəstələnmələr olub. Hindistan və Pakistanda bir növ vəbanın “vətəni”dir. Bir sözlə, bu xəstəlik həmin ölkələrdə endemik hal alıb. Odur ki, Hindistan və Pakistanda vəbaya yoluxmaq qeyri-adi hal sayılmır. Amma bizdə bircə belə hal olarsa çox ciddi reaksiya olacaq”.

Ölkəyə gələn əcnəbilərin vəbaya qarşı yoxlanılmadığını söyləyən Şair Qurbanovun sözlərinə görə, Ümumdünya Səhiyyə Təşkilatının öz qaydaları olduğundan xəstəliyin olub-olmamasını yoxlaya bilmirlər:

“Ümümdünya Səhiyyə Təşkilatının qaydalarına uyğun olaraq biz onları yoxlaya bilmərik. Əgər onlarda bu xəstəliyin əlamətlərinin olduğundan şübhələnsək onda biz onları yoxlaya bilərik. Əgər belə bir hal olmazsa biz yalnız onlardan hansısa narahatlıqlarının olub-olmaması ilə bağlı sorğu apara bilərik”.

Gültəkin Ələsgər
Telegram
Hadisələri anında izləyin!
Keçid et
TƏCİLİ! Türkiyə Ermənistanla sərhədi aça bilər - Kritik açıqlama