Bu ilin fevral ayında Prezident İlham Əliyev Müdafiə Nazirliyinin tabeliyində olan Respublika Hərbi Komissarlığını ləğv edərək, onun əvəzinə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti (SHXÇDX) yaradılması haqqında sərəncam imzalayıb.
Artıq 10 aydır ki, fəaliyyət göstərən SHXÇDX-nin bir çox rayon şöbələrini hələ də keçmiş hərbi komissarlığın işçiləri idarə edirlər. Xidmətin bəzi tayon şöbələrinin rəhbərləri təyin olunmayıb.