Şabran şəhərində vətəndaşa məxsus ümumi sahəsi 108 kv.m olan birmərtəbəli ikiotaqlı evin mətbəxində yanğınla nəticələnən partlayış baş verib. Fövqəladə Hallar Nazirliyindən verilən məlumata görə, nəticədə, mətbəxdə əşyalar 9 kv.m sahədə yanıb, evin əsas divarları, arakəsmə divarları və dam örtüyü uçub, ev sahibi və iki övladı müxtəlif bədən xəsarətləri alıbdır.
Xəsarət alanlar xəstəxanaya aparılıb. Yanğın saat 07:20-də yanğınsöndürənlər tərəfindən söndürülüb. İlkin ehtimala görə, partlayışa məişət qazının sızması səbəb olub. Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır.
Modern.az