Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentindən Modern.az-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında noyabrın 20-də tutqun hava şəraitinin üstünlük təşkil edəcəyi, yarımadanın bəzi yerlərində çiskinli olacağı gözlənilir. Şimal-şərq küləyi əsəcək.
Havanın temperaturu gecə 8-11, gündüz 12-15 dərəcə isti təşkil edəcək.
Azərbaycanın rayonlarında sabah bəzi yerlərdə duman, çiskin olacağı, əsasən cənub rayonlarında yağış yağacağı gözlənilir.
Havanın temperaturu gecə 6-11, gündüz 12-16, dağlarda gecə 0-3, gündüz 4-8 dərəcə isti təşkil edəcək.
Noyabrın 20-dən 22-dək Abşeron yarımadasının hava şəraitində mühüm dəyişiklik gözlənilmir. Meteoroloji amillərin zəif və mülayim tərəddüdü meteohəssas insanlar üçün əsasən əlverişlidir.
Modern.az