Müsavat başqanı İsa Qəmbərin 2013-cü il prezident seçkilərində iştirak edəcəyi ilə bağlı növbəti bəyanatı siyasi sferada birmənalı qarşılanmadı. Belə ki, İctimai Palatanın seçkilərdə vahid namizədlə təmsil olunacağı gözlənilsə də, Müsavat başqanın indidən namizədliyi haqda açıqlama verməsi müxalifət düşərgəsinin prezident postu uğrunda ayrı-ayrıldıqda mübarizə aparacağını deməyə əsas verir. Bəs, İsa Qəmbərin sonuncu çıxışından sonra AXCP nə düşünür?
“Biz hələ ki, bu məsələdə tələsmirik. Biz AXCP olaraq kiminsə namizədliyinə müdaxilə etmək uğrunda mübarizə də aparmırıq. Biz ölkədə seçki mühitinin demokratikləşdirilməsi, seçki məcəlləsinin dəyişdirilməsi uğrunda mübarizə aparırıq. Bütün fəaliyyətimiz də bu istiqamətə yönəlib. İsa Qəmbər də təbii ki, partiya başqanı olaraq müəyyən iddialara sahibdir, bu onun da uğurudur ki, prezidentliyə namizədliyini versin. Amma biz vahid namizəd məsələsini hələ gələcəkdə mükarizə edəcəyik. Seçki mühiti şəffaflaşmasa, heç seçkiyə qatılmaqdan da söhbət gedə bilməz”.
Xatırladaq ki, Müsavat başqanı İsa Qəmbər “Yeni Müsavat” qəzetinə müsahibəsində 2013-cü il prezident seçkilərində iştirak edəcəyini və seçkilərdə qalib gəlmək əzmində olduğunu bildirib. İ.Qəmbər həmçinin namizədliyini geri götürməyəcəyini də bəyan edib.
Anar RÜSTƏMOV