Modern.az

Ağa Laçınlının zəbt olunmuş torpağı: noyabrın 20-də məhkəmə ekspertizasıdır

Ağa Laçınlının zəbt olunmuş torpağı: noyabrın 20-də məhkəmə ekspertizasıdır

Təhsil

19 Noyabr 2012, 13:54

Noyabrın 20-də mərhum şair Ağa Laçınlının ailəsinə məxsus torpaq sahəsinin zəbt olunması ilə bağlı məhkəmə ekspertizası keçiriləcək.

Ekspertiza keçirilməsi qərarını torpaq sahəsi zəbt olunmuş ailənin verdiyi şikayəti araşdıran Səbail Rayon Məhkəməsinin hakimi Nurəddin Bağırov oktyabrın 24-də çıxarıb.

Hakimin qərarına əsasən, ekspertizanın aparılması Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin ekspertlərinə həvalə edilib.

Ağa Laçınlının ailəsinə məxsus olan, Səbail rayonunun Badamdar qəsəbəsində yerləşən torpaq sahəsi Səbail Rayon İcra Hakimiyyətinin keçmiş başçısı Rüstəm Məmmədovun icra başçısı işlədiyi zaman anası Biliy Məmmədovanın adına verdiyi sərəncam əsasında zəbt olunub. Hakim Nurəddin Bağırov öz qərarında tikinti-texniki ekspertizası zamanı bunun araşdırılmasını və məhkəməyə müvafiq rəy verilməsini tapşırıb.

Qərara görə, Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin ekspertləri tikinti-texniki ekspertizasını Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Bakı şəhər şöbəsindən olan mütəxəssislərin, Ağa Laçınlının ailəsinin və sabiq icra başçısının nümayəndələrinin iştirakı ilə noyabrın 20-si saat 16-da keçirməlidir.

Ekspert rəyi alınandan sonra Səbail Rayon Məhkəməsində məhkəmə prosesi davam etdiriləcək.

Modern.az
Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyadan Bakıya hərbi təhdid - Raketlər işə düşdü