Modern.az

Deputat tələbələri yarışdıracaq

Deputat tələbələri yarışdıracaq

19 Noyabr 2012, 14:43


Modern.az
saytının Milli Məclisin deputatları ilə ali məktəb tələbələri arasında əməkdaşlığın genişləndirilməsinə xidmət edən “Deputat-tələbə əməkdaşlığı” layihəsi davam edir.

Deputat istədiyi mövzu ilə bağlı tələbələrin fikirlərini öyrənir. Həmin mövzu ilə bağlı müxtəlif janrlarda məqalə yazan tələbələrin yazıları Modern.az saytında yerləşdirilir. Sonra Modern.az saytı həmin yazıları deputata təqdim edir. Deputat isə öz növbəsində həmin yazılar içərisindən ən yaxşı hesab etdiyini seçir. Ardınca ən yaxşı yazı müəllifləri ilə deputatın görüşü keçirilir. Görüşdə deputat qalib tələbəyə mükafat verir. Eyni zamanda 3 yaxşı yazıya həvəsləndirici mükafat verilir. Deputatla görüşdə isə tələbələrə deputatla diskussiya aparmaq, suallar vermək üçün şəraiti yaradılır. Artıq 52 saylı Quba seçki dairəsinin deputatı Vahid Əhmədov, 92 saylı Zərdab-Ucar seçki dairəsindən deputat Jalə Əliyeva, 71 saylı Masallı kənd seçki dairəsinin deputatı Elmira Axundova, 105 saylı Tovuz seçki dairəsindən deputat Qənirə Paşayeva, 9 saylı Balakən seçki dairəsinin deputatı Rəbiyyət Aslanova və 122 saylı Xankəndi seçki dairəsinin deputatı Flora Qasımova iştirak ediblər və qalib tələbələri mükafatlandırıblar.

  Layihə bu dəfə 83 saylı Ağcabədi-Füzuli  seçki dairəsinin deputatı Aqil  Abbasın  verdiyi mövzu ilə davam edir. Millət vəkilinin  təqdim etdiyi  “Gənclər və Qarabağ” mövzu ilə  tələbələrin fikirlərini bilmək istəyir.  
Qeyd edək ki, hər bir mövzuyla bağlı 15 gün vaxt verilir. Müsabiqədə iştirak etmək istəyən tələbələr mövzu elan olunduqdan sonra 15 gün müddətində  yazılarını [email protected] elektron poçtuna göndərə bilərlər.
Əlaqə telefonu: (012) 4659574
 

Mail Ağaxanov
 
Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyadan Bakıya hərbi təhdid - Raketlər işə düşdü