“Arazın Urmiya gölünə axıdılması böyük bir fəlakətlə nəticələnə bilər”. Bunu Modern.az-a açıqlamasında Milli Ekoloji Proqnozlaşdırma Mərkəzinin rəhbəri Telman Zeynalov bildirib.
“Əgər bu baş verərsə, ölkəmizin Aran zonalarında quraqlıq yaranar, kənd təsərrüfatı məhsulları məhv olar”.
T.Zeynalovun sözlərinə görə, Ekologiya və Təbii Sərvətlər Nazirliyi də onunla həmfikirdir.
“Onların da fikri mənimlə eynidir. Onlar başqa cür hərəkət edə bilməzlər. İnanmıram ki, nazirlik buna razılıq versin”, – deyə Milli Ekoloji Proqnozlaşdırma Mərkəzinin rəhbəri vurğulayıb.