Modern.az

Qanunsuz totalizator fəaliyyəti göstərən 4 obyekt aşkar edilib

Qanunsuz totalizator fəaliyyəti göstərən 4 obyekt aşkar edilib

19 Noyabr 2012, 16:27

Vergilər Nazirliyi yanında vergi Auditi Departamentinin əməkdaşları tərəfindən paytaxtın Yasamal, Xətai, Nəsimi və Səbail rayonları ərazisində vergi nəzarəti tədbirləri keçirilərkən 4 obyektdə qanunsuz totalizator oyunlarının keçirildiyi aşkar olunub.

Nazirlikdən Modern.az-a verilən məlumata görə, Yasamal rayonu, Z. Xəlilov küçəsi-43 ünvanda yerləşən, Rafiq Şərifova məxsus, Xətai rayonu, Q. Məmmədov küçəsi, 3/20 ünvanda yerləşən, Pənah Şıxəliyevə məxsus, Nəsimi rayonu, Cavadxan küçəsi-17 ünvanda yerləşən, Zaur Qurbanov məxsus, Səbail rayonu, Xəqani küçəsi–31 ünvanda yerləşən “Alsefay” məhdud məsuliyyətli cəmiyyətinə məxsus obyektlərdən qanunsuz fəaliyyəti təsdiq edən kompüter dəstləri, noutbuklar, televizorlar, faks və printer aparatları, modemlər, “qara mühasibatlıq” sənədləri, mərc oyununda ödəniş etmək üçün qəbz formaları və kuponlar, oyun kartları və s. dəlillər vergi əməkdaşları tərəfindən müvafiq sənədləşmələr aparılaraq götürülüb. Keçirilən tədbir zamanı həmin obyektlərdə nağd pul hesablaşmalarının aparılması qaydalarına əməl edilmədiyi də müəyyən olunaraq müvafiq sənədləşmələr aparılıb.
Modern.az  
Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyadan Bakıya hərbi təhdid - Raketlər işə düşdü