Modern.az

Vahid Əhmədovdan təklif: “TANAP-ın reallaşacağı əraziləri Azərbaycan dövləti satın almalıdır”

Vahid Əhmədovdan təklif: “TANAP-ın reallaşacağı əraziləri Azərbaycan dövləti satın almalıdır”

20 Noyabr 2012, 13:51

Milli Məclisin bugünkü iclasında Trans-Anadolu təbii qaz boru kəməri (TANAP)  layihəsi ilə bağlı müzakirələrdə çıxış edən deputat Vahid Əhmədov bildirib ki, Gürcüstanda yeni hakimiyyətin yaranması ilə orada yaşayan azərbaycanlılarla, ARDNŞ-lə bağlı mənfi münasibətlərin olması barədə bir sıra yazılar gedir:

“Həmin strateji layihələr də Gürcüstandan keçir. Layihələrin reallaşacağı torpaq sahələrini pulla almaq olar. Niyə biz bu torpaq sahələrini özəlləşdirməyək? Azərbaycanın buna imkanı çatır”.

Modern.az-ın məlumatına görə, Vahid Əhmədov bildirib ki, həmin torpaq sahələrini Azərbaycan dövləti almalıdır.

Milli Məclisinin vitse-spikeri Valeh Ələsgorov isə bildirib ki, Gürcüstanın guya, ARDNŞ-lə problemlərə üzləşdiyi barəsində deyilənlər yanlış fikirlərdir.

Modern.az

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyadan Bakıya hərbi təhdid - Raketlər işə düşdü