Modern.az

MSK: “Yeni ildən seçici siyahıları bir daha dəqiqləşdiriləcək”

MSK: “Yeni ildən seçici siyahıları bir daha dəqiqləşdiriləcək”

21 Noyabr 2012, 11:53

“Mərkəzi Seçki Komitəsi artıq maarifləndirici monitorinq tədbirlərini başa çatdırıb. Qarşıda hələ bir sıra işlər də var”. Bu sözləri Modern.az-a açıqlamasında Mərkəzi Seçki Komissiyasının mətbuat xidmətinin rəhbəri Azər Sarıyev deyib. O, qeyd edib ki, hazırda bununla bağlı layihələr hazılanır.

“Seçkilərə start verməzdən öncə biz bütün seçki subyektlərinin maarifləndirməsi ilə məşğul olmaq üçün layihə hazırlayırıq. Gələn il artıq layihə çərçivəsində həmin maarifləndirmə proqramı həyata keçiriləcək. Yəni həm seçicilərlə, həm aşağı seçki komissiyalarının üzvləri, digər seçici subyektləri ilə maarifləndirmə işi aparmaq fikrindəyik. Hələ ki, bu layihə şəkilindədir və MSK-nın müzakirəsinə çıxarılmayıb. Artıq layihə təsdiqlənəndən sonra bu barədə ictimaiyyətə məlumat veriləcək”.

A. Sarıyev bildirib ki, yanvar ayından seçici siyahılarının bir daha dəqiqləşdirilməsinə başlanılacaq: “Seçkiyə start veriləndən sonra isə artıq ikinci dəqiqləşdirmə həyata keçiriləcək. Başqa tədbirlər də olacaq, zaman-zaman onlar da açıqlanacaq. Bundan əlavə, Mərkəzi Seçki Komissiyasının normativ xarakterli aktlarında dəyişikliklər olunub. Seçki Məcəlləsində bəzi dəyişikliklər oldu. Həmin dəyişikiliklər də həmin aktlara uyğunlaşmalıdır. Biz həmin aktların uyğunlaşdırılmasını  artıq başa çatdırmışıq”, – deyə MSK sözçüsü qeyd edib.

Nihadə Eyyubova

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyadan ŞOK HƏDƏ - Bakını bombalamalıyıq!