Bakı şəhər Cavadxan küçəsindəki evlərin birində qumarxana müəyyən edilib. Daxili İşlər Nazirliyindən verilən məlumata görə, Bakı Baş Polis İdarəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində şəhər sakini Ramiz Ərəbxanov Cəlil adlı şəxslə birgə Cavadxan küçəsindəki evlərin birində qumarxana saxlamaları müəyyən edilib.
Faktla bağlı araşdırma aparılır.
Modern.az