Modern.az

Yaşar Nurinin vida mərasimi keçirilir: Xanımı aktyorun son dəqiqələrindən danışdı

Yaşar Nurinin vida mərasimi keçirilir: Xanımı aktyorun son dəqiqələrindən danışdı

22 Noyabr 2012, 13:39


Akademik Milli Dram Teatrında Xalq artisti Yaşar Nuri ilə vida mərasimi keçirilir. Modern.az-ın verdiyi məlumata görə, vida mərasimində mərhumun ailə üzvləri, sənət dostları və Milli Məclisin bir neçə üzvü iştirak edir.

Mərasim zamanı Xalq artistinin həyat yoldaşı Rəhimə Nuriyeva bildirib ki, aktyorun səhhəti dünən gecə Gömrük Xəstəxanasında pisləşib: “Mən gecə saat 1-2 arası həkimə zəng etdim, dedilər ki, durumu yaxşıdır. Amma səhər xəstəxanadan zəng etdilər ki, tez gəlin bura. Gedəndə gördük ki, baş həkim ağlayır. Başa düşdük ki, artıq o, vəfat edib”.

Anar Kəlbiyev

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
TƏCİLİ! Türkiyə Ermənistanla sərhədi aça bilər - Kritik açıqlama