Modern.az

Nazirlik reydlərə başladı: 23 nəfər işdən azad edildi

Nazirlik reydlərə başladı: 23 nəfər işdən azad edildi

22 Noyabr 2012, 16:33

Səhiyyə Nazirliyinən Modern.az-a verilən məlumata görə, respublikanın sanitariya-epidemioloji xidmət orqanları tərəfindən 2012-ci ilin oktyabr ayı ərzində yeyinti məhsullarının istehsalı, satışı, saxlanması və daşınması zamanı sanitariya norma və qaydalarının tələblərini pozan, o cümlədən laboratoriya müayinələrinin nəticələrinə görə gigiyenik normalara cavab verməyən məhsulları istehsal edən 53 müəssisənin sahibkarı inzibati qaydada cərimə olunub. Həmçinin bildirilib ki, 12 obyektin istismarının dayandırılması barədə qərar qəbul edilib, 23 nəfər işdən müvəqqəti kənarlaşdırılıb.

Orqanoleptik və fiziki-kimyəvi göstəricilərinə görə 857, mikrobioloji göstəricilərinə görə 897, toksikoloji göstəricilərinə görə 102, radioloji göstəricilərinə görə 37 yeyinti məhsulu nümunəsi laboratoriya müayinələrinə cəlb olunub. Nümunələrin 13-də orqanoleptik və fiziki-kimyəvi, 22-də mikrobioloji göstəricilərinə görə normalardan kənara çıxma müəyyən olunmuşdur.

Şadlıq evlərindən 3191 yaxma nümunəsi, 57 soyuq qəlyanaltı nümunəsi götürülüb, 53 yaxma nümunəsində mikrobioloji çirklənmə aşkar edilibdir.

Oktyabr ayı ərzində əhali arasında 64 qida zəhərlənməsi hadisəsi baş vermiş, 155 nəfər zərərçəkən olub. O cümlədən 1 botulizm hadisəsi baş verib, 1 nəfər zərərçəkib.

Anar

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyadan ŞOK HƏDƏ - Bakını bombalamalıyıq!