“Prezident seçkiləri ilə bağlı fors-major yaranacağını proqnoz verənlər və bunu arzulayanlar yaxşı bilirlər və bilməlidirlər ki, belə bir situasiya yaranmayacaq”. Modern.az xəbər verir ki, bunu Yeni Azərbaycan Partiyasının icra katibinin müavini, Milli Məclisin sədr müavini Bahar Muradova deyib. O qeyd edib ki, belə bir situasiyanı istəyənlərin gözləntiləri növbəti dəfə özünü doğrultmayacaq: “Azərbaycan kifayət qədər inkişaf etmiş müstəqil dövlətdir. Bu inkişafın yaradıcısı və təkanvericisi də indiki hakimiyyət, hakim Yeni Azərbaycan Partiyası və ölkə prezidentidir. Odur ki, bunu proqnoz edənlər və arzulayanlar, bunun əvəzinə seçkilərə hazırlaşsalar daha yaxşı olar. Vaxtlarını bu cür mənasız söhbətlərə sərf etməsinlər. Azərbaycanda heç zaman belə bir situasiya yaranmayacaq.
Əslində bu gün Ermənistan özündə siyasi iradə tapıb, Azərbaycan torpaqlarını işğal etməsini etiraf etməlidir”.