Modern.az

Telekanala yeni baş direktor təyin edildi

Telekanala yeni baş direktor təyin edildi

22 Noyabr 2012, 17:16

BBC-də baş verən məlum qalmaqaldan sonra istefa verən baş direktorun Corc Enuistlin yerinə təyinat aparılıb. Modern.az-ın BBC-nin saytına istinadən verdiyi məlumata görə,  baş direktor postuna Kral Operasının rəhbəri Toni Hall təyin edilib.

Qeyd edək ki, BBC-nin keçmiş baş direktoru Corc Enuistl Marqaret Tetçerin baş nazirliyi dövründəki siyasətçilərdən birini pedofiliyada günahlandırılıb. Məlumatın yalnış olduğu ortaya çıxdıqdan sonra Corc Enuistl tutduğu vəzifədən istefa verdiyini açıqlayıb.

Modern.az

Telegram
Hadisələri anında izləyin!
Keçid et
SON DƏQİQƏ! - Görüş başlayır - Rusiya və Ukrayna razılığa gələcək?