Avropa Liqasının qrup mərhələsində növbəti turun oyunları keçirilib. Modern.az-ın məlumatına görə, Avroliqada yeganə təmsilçimiz olan Bakının “Neftçi” klubu Tofiq Bəhramov adına Respublika Stadionunda Serbiyanın “Partizan” klubu ilə üzləşib. Qarşılaşmanın ilk hissəsində doğma meydanda maraqlı oyun nümayiş etdirən komandamız 10-cu dəqiqədə Flavinyonun dəqiq zərbəsi ilə önə keçsə də qələbə qazana bilməyib. Matçın ikinci hissəsində rəqib komandanın 67-ci dəqiqədə vurduğu qolla hesab bərabərləşib. Qarşılaşma 1:1 hesabı ilə başa çatıb.
Modern.az