Modern.az

ATƏT İlham Əliyevlə Serj Sərkisyanın görüşünü hazırlayır - HADİSƏ

ATƏT İlham Əliyevlə Serj Sərkisyanın görüşünü hazırlayır - HADİSƏ

23 Noyabr 2012, 11:19

Azərbaycan və Ermənistan prezidentləri Parisdə Minsk Qrupunun yeni təqdim olunmuş təkliflərini müzakirə edəcəklər

ATƏT-in Minsk Qrupunun həmsədrləri Azərbaycan və Ermənistan prezidentlərinin görüşünü hazırlayır. Modern.az bildirir ki, bu barədə erməni “Joxovurd” qəzeti diplomatik mənbələrə istinadən məlumat yayıb. Məlumata deyilir ki, prezidentlərin görüşü dekabrın sonunda Parisdə keçiriləcək.

Həmsdərlərin regiona səfərinin məqsədlərindən biri məhz bu görüşün keçirilməsinə razılıq əldə etməkdir. Bundan başqa həmsədrlər Qarabağ münaqişəsinin həlli üçün tərəflərlə yeni təklifləri müzakirə etmək niyyətindədirlər.

Dağlıq Qarabağdakı separatçı rejimin rəhbəri Saakaynla görüşən həmsədrlər bu gün İrəvana gələcəklər. Bazar ertəsi isə Bakıda olacaqlar.

 X.SƏFƏROĞLU 

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyadan ŞOK HƏDƏ - Bakını bombalamalıyıq!