Modern.az

İvanişvili ona qələbə gətirən məşhur vədindən qaçdı: “Bunu edə bilmərik”

İvanişvili ona qələbə gətirən məşhur vədindən qaçdı: “Bunu edə bilmərik”

23 Noyabr 2012, 12:11

Gürcüstanın baş naziri Bidzina İvanişvili bəyan edib ki, seçki kampaniyası zamanı enerji tariflərini iki dəfə aşağı salacağı barədə vədi “şişirdilib”.

Modern.az “Qruziya-online” saytına istinadən bildirir ki, bu barədə baş nazir jurnlistlərə açıqlamasında bəyan edib. 

“Tariflərin bir hissəsi azaldıla bilər. Amma tarifləri iki dəfə aşağı salmaq alınmadı. Göründüyü kimi, biz məsələni həddən artıq şişirtmişik”-deyə baş nazir vurğulayıb.

Onun sözlərinə görə, yeni hökumət tariflərin aşağı salınması üzərində işləyəcək.
Modern.az

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyadan ŞOK HƏDƏ - Bakını bombalamalıyıq!