Modern.az

AXCP: “Seçkini boykot etməklə bağlı deyilənlər həqiqəti əks etdirmir” - MÖVQE

AXCP: “Seçkini boykot etməklə bağlı deyilənlər həqiqəti əks etdirmir” - MÖVQE

23 Noyabr 2012, 12:28

“AXCP-nin seçkini boykot edəcəyilə bağlı deyilənlər həqiqəti əks etdirmir. Biz boykot yox, secki şəraitinin demokratikləşməsi ugrunda mubarizə aparmağın terefdarıyıq”.
Bu sözləri AXCP sədrinin müavini Nurəddin Məmmədli Modern.az -a məsələ ilə  bağlı partiyanın mövqeyini şərh edərkən vurğulayıb. Partiya rəsmisi bildirib ki, demokratik seçki şəraitində istənilən şəxs marafona qatılmaq imkanı əldə edəcək:
“Belə bir şərait yaransa, istənilən şəxsin öz namizədliyini irəli surərək, secilmək imkanı yaranacaq ki, bu da xalqin iradəsini ifadə edəcək”-deyə N.Məmmədli vurğulayıb.
Qeyd edək ki, son günlər 2013-cü il seçkilərində iştirakla bağlı İctimai Palatada bir sıra fərqli fikirlər ortaya çıxıb. Müsavat başqanı İsa Qəmbər 2013-cü il seçkiləribdə əsas namizəd kimi özünün iştirak edəcəyini élan edib. Bundan sonra AXCP sədri Əli Kərimli seçkilərin boykotunun mümkünlüyü barədə fikirlər səsləndirib.

Modern.az

 
Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyadan ŞOK HƏDƏ - Bakını bombalamalıyıq!