Modern.az

Rafiq Əliyev: "Xaricdəki ziyalılar bizə müraciət edirlər..."

Rafiq Əliyev: "Xaricdəki ziyalılar bizə müraciət edirlər..."

23 Noyabr 2012, 16:38

"Kimsə qızarmış əta dalınca gedirsə, mən onu ziyalı saymıram"

“Rusiyada yaşayan ziyalılarla görüş planımız yoxdur”. Bunu Ziyalılar Forumunun üzvü, akademik Rafiq Əliyev təmsil olunduğu təşkilatın qarşıda duran planlarını Modern.az-a şərh edərkən bildirib. R.Əliyev forumun Azərbaycanın hüdudlarından kənarda yaşayan ziyalılarla görüşlər keçirməsi və onların ümumi koordinasiya mərkəzinin yaradılması planıdan danışıb. Hələlik forum üzvlərilə bu haqda danışıqların aparılmadığını deyən R.Əliyev bildirib ki, Rusiyada yaşayan ziyalılar onlara müraciət edərək, Ziyalılar Forumuna qoşulmaq istəyirlər.

“Təbii ki, bizim fəaliyyətimiz ölkə hüdudları ilə bitmir. Ziyalılar Forumunun dünyanın bir sıra ölkələrində nümayəndələri var. Rusiya Çingiz Hüseynov, Amerikada məşhur professor Tofiq Şahtaxtinski, Türkiyədə Kamil Vəli Nərimanoğlu kimi tanınmış insanlar Ziyalılar Forumuna qoşulublar. Təbii ki, bizim bütün tədbirlərimiz olanda onlarla məşvərət keçiririk.
Azərbaycandan kənarda yaşayan ziyalıların ümumi birliyinin yaradılması, onların koordinasiya olunması haqda ümimi qərarımız yoxdur. Buna baxmayaraq, onlar özləri bizə müraciət edirlər, sıralarımıza qoşulmaq istədiklərini bildirirlər. Moskvaya gəlincə, hələlik orada ziyalılarla görüşümüz nəzərdə tutulmayıb. Amma Rusiya paytaxtında yaşayan ziyalıların foruma qoşulması mümkündür”, - deyə R.Əliyev bildirib.

Akademik həmçinin özünü ziyalı hesab edən bəzi insanları tənqid edib. Onun sözlərinə görə, şəxsi mənafeyini üstün tutan şəxs heç vaxt ziyalı ola bilməz:

“Özünü ziyalı adlandıranların hamısını ziyalı hesab eləmək olmur ki? Kimsə qızarmış əta dalınca gedirsə, mən onu ziyalı saymıram. Ziyalı odur ki, milli mənafeyini şəxsi mənafedən üstün tutsun”.

Tanınmış kinodramaturq Rüstəm İbrahimbəyovun ölkə hüdudlarında kənarda yaşayan azərbaycanlı ziyalıların ümumi koordinasiya mərkəzini yadacağı haqda məlumatlar yayılıb. Ziyalılar Forumun xaricdə, o cümlədən Rusiyada aktiv fəaliyyətlə məşğul olacağı bildirilir.

Anar RÜSTƏMOV

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi