Azərbaycanın tanınmış modelyeri Fəxriyyə Xələfova Türkiyənin məşhur aktrisası Ahu Tuğbanı Bakıya dəvət edib. F.Xələfovanın dediyinə görə, Ahu Tuğba onun müəllifi olduğu ətirləri reklam etmək üçün Bakıya gəlir.
Bu arada Azərbaycana gələcək Ahu Tuğba ilə bağlı barədə maraqlı məlumat yayılıb. Modern.az “Sabah” qəzetinə istinadən bildirir ki, Ahu Tuğbanın Amerikada təhsil alan qızı Anjelik prezident Barak Obama ilə görüşüb. Floridadakı təhsil aldığı universitetdə birinci olan Ahu Tuğbanın qızı Anjelik bununla yanaşı həmdə bir çox xeyriyyəçilik fəaliyyəti göstərib. Belə ki, o, xərçəng xəstələr, qocalar evindəki yaşlılar və evsizlər üçün çalışıb.
ABŞ prezidenti Barak Obama universitet dekanı ilə Anjeliki Ağ Evə dəvət edib. Keçdiyimiz günlərdə Obamanın dəvətinə qatılan Anjelik rəftarı və danışmalarıyla prezidentin diqqətini çəkib. Ağ Ev başçısı Anjelikə "irəlidə səni siyasətdə görmək istəyərəm" deyib.
Qızının Ağ Evə dəvət ediləcəyini eşidincə, aktrisa Ahu Tuğba sevincdən huşunu itirib. Onun qızı isə ABŞ prezidenti ilə görüşünü möcüzə adlandırım.
Maraqlıdır, bəlkə Fəxriyyə Xələfova bu hadisədən sonra ünlü aktrisanı Bakıya dəvət etməyi qərara alıb…
A.Qorxmaz