“Müsavat Partiyası qurultayla bağlı dekabr ayında yekun qərarını verəcək” Bu barədə Modern.az-a partiyanın başqan müavini Gülağa Aslanlı məlumat verib. G.Aslanlının sözlərinə görə, hələ də Bakı şəhər İcra Hakimiyyəti ilə razılığa gəlinməyən qurultayla bağlı partiya dekabr ayında kimi Hacıbala Abutalıbova vaxt verib.
“Əgər dekabr ayının sonuna qədər hakimiyyət bizə quraltay keçirmək üçün normal yer ayırmasa, yeni müzakirələrə başlayacağıq”, - deyə o, bildirib.
G.Aslanlının fikrincə, qurultayın Gürcüstanda keçirilməsi yenə də gündəmdədir.
Qeyd edək ki, Bakı şəhər İcra Hakimiyyətinin İctimai-təşkilatlar və siyasi partiyalarla iş şöbəsinin müdiri Zaur Ramazanov Modern.az-a açıqlamasında Müsavat Partiyasına qurultay keçirmək üçün lazımı yerlərin ayrıldığını bildirib. Z.Ramazanov həmçinin qeyd edib ki, bakı Şəhər İcra hakimiyyəti müsavat partiyasına yeni yerlər təklif etmək niyyətində deyil.
Anar RÜSTƏMOV