Sərkisyan: “İrana qarşı tətbiq edilən sanksiyalar Ermənistan iqtisadiyyatına ciddi zərbə vurur”
“İrana qarşı qoyulan sanksiyalar Ermənistan iqtisadiyyatına da çox ciddi zərbə vurur”. Modern.az bildirir ki, bu barədə düşmən ölkənin baş naziri Tiqran Sərksiyan “İnterfaks”a müsahibəsində bildirib.
“İrana qarşı beynəlxaq sanksiyalar bizim iqtisadiyyatımıza çox güclü şəkildə ziyan vurmaqdadır. Bu sanksiyalar praktik olaraq bizim İranla işbirliyimzi sıfır həddinə salıb. Ermənistan artıq beynəlxalq tranzit daşınmalarını həyata keçirə bilmir. Bu Ermənistan üçün çox böyük və ciddi problemlər yaradıb”-deyə Sərkisyan qeyd edib.
Onun sözlərinə görə, sanksiyalar İranla Ermənistan arasında təsərrüfat subyektləri arasında əlaqələri gecikdirib: “Bu isə bizim iqtisadiyyta neqativ təsirini göstərir”.
Baş naizr bildirib ki, rəsmi İrəvan bu problemi Avropa Bilriyi və Brynəlxalq Valyuta Fondu və Dünya Bankı ilə aparılan danışıqlar zamanı qaldırıb.
X.SƏFƏROĞLU