Modern.az

“Azadlıq” qəzetinin bank hesabı açılacaq

“Azadlıq” qəzetinin bank hesabı açılacaq

26 Noyabr 2012, 17:44

“Azadlıq” qəzeti bank hesabına qoyulan həbs aradan qaldırılacaq. Bu barədə Modern.az saytına “ZQAN Holdinq”in hüquqşünası Ruslan Məmmədov məlumat verib. Hüquqşünasın sözlərinə görə, məlum olaylarla bağlı “ZQAN Holdinq”in Direktorlar Şurasının sədri Anar Məmmədovdan üzr istəyən “Azadlıq” qəzetinin həmçinin bank hesabından tutulan vəsait geri qaytarılacaq.

“Biz artıq icraçılara müraciət etmişik ki, mənəvi ziyanla bağlı məsələdə tələbimizdən geri çəkilirik. İcraçılar tərəfindən “Azadlıq” qəzetinin bank hesabları açılacaq və tutulan hesablar özlərinə qaytarılacaq”, - deyə R.Məmmədov bildirib.

Qeyd edək ki, bu il yanvarın 23-də Yasamal Rayon Məhkəməsi “Azadlıq” qəzetinin  iş adamı Anar Məmmədova 4 min 200 manat təzminat ödəməsi haqda qərar vermişdi.  Qərara əsasən, “Azadlıq” qəzetindən tutulan 4 min 200 manat Buzovna qəsəbəsindəki Ruhi-Əsəb-Əlil Qocalar Evinin hesabına köçürülməli idi. Bununla əlaqədar bu ilin noyabr ayının əvvəlində qəzetin bank hesabına həbs qoyulmuşdu.

Anar RÜSTƏMOV
Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyadan ŞOK HƏDƏ - Bakını bombalamalıyıq!