Modern.az

Obamanın azərbaycanlı oxşarı partiyasından istefa verdi

Obamanın azərbaycanlı oxşarı partiyasından istefa verdi

28 Noyabr 2012, 12:35

Modern.az-a daxil olan məlumata görə, ABŞ prezidenti Barak Obamanın azərbaycanlı oxşarı Asif Mustafayev təmsil olunduğu partiyadan istefa verib. Məlumatı A.Mustafayevin özü də təsdiqləyib. A.Mustafayev partiyadan istefa səbəbləri barəsində danışmayıb.

Qeyd edək ki, A.Mustafayev 2009-cu ildən siyasi fəaliyyətlə məşğuldur. O, Demokratik Azərbaycan Dünyası Partiyasının üzvü olmaqla yanaşı, həm də partiya sədrinin müşaviri idi.
Asif Mustafayev DADP sıralarına partiyanın keçmiş sədri Məmməd Əlizadə tərəfindən gətirilmişdi.

Məmməd Əlizadə bu il iyunun 22-də istefa verdikdən sonra təşkilatda qalmaqal yaranıb. Daha sonra quruma Fatma Əliyeva yeni sədr seçilib.

Modern.az

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
TƏCİLİ! Türkiyə Ermənistanla sərhədi aça bilər - Kritik açıqlama