Modern.az

Azərbaycanda Qafqaz bəbiri tapıldı

Azərbaycanda Qafqaz bəbiri tapıldı

Təhsil

29 Noyabr 2012, 09:14

Ümumdünya Vəhşi Təbiəti Mühafizə Fondunun (WWF) Azərbaycan nümayəndəliyinin keçirdiyi monitorinq zamanı daha bir Qafqaz bəbiri tapılıb. Ekoligiya və təbii sərvətlər nazirliyinin mətbuat xidmətindən Modern.az-a verilən məlumata görə, Hirkan Milli Parkında quraşdırılmış foto-tələlər vasitəsilə bəbirin fotoşəkli çəkilib.

Xatırladaq ki, 06 sentyabr 2012-ci il tarixində də Həsən Əliyev adına Zəngəzur Milli Parkının cənub hissəsində Ümumdünya Vəhşi Təbiəti Mühafizə Fondunun (WWF) Azərbaycan nümayəndəliyinin keçirdiyi monitorinq zamanı Parkın ərazisində quraşdırılmış foto-tələlər vasitəsilə bəbirin ilk fotoşəkli çəkilib.

Aparılan tədbirlərin nəticəsidir ki, son zamanlar Xüsusi Mühafizə Olunan Təbiət Ərazilərində bəbirlər özlərini daha təhlükəsiz hiss edərək sərbəst yaşayır və tez-tez müşahidə olunurlar.

Modern.az

Whatsapp
Bizə yazın!
Keçid et
SON DƏQİQƏ! - Görüş başlayır - Rusiya və Ukrayna razılığa gələcək?